“Heydər Əliyevin arzuları Qarabağda gerçəkləşir”- Aydın Hüseynov

“Heydər Əliyevin arzuları Qarabağda gerçəkləşir”- Aydın Hüseynov
17:47

"Heydər Əliyevin doğum gününün məhz Qarabağda qeyd olunması  illərlə arzuladığı hədəflərin gerçəkləşməsinin bariz nümunəsidir."

Millət Vəkili Aydın Hüseynov bu Sözləri News365.az-a deyib. 

"Məlumdur ki, mənəvi və qürurverici məqamlarla yanaşı, həmin tədbirlər konkret işlərin görülməsi baxımından da mühüm əhəmiyyət daşıyır.

Belə ki, yeni müəssisələr açılır, təməlqoyma mərasimləri keçirilir və eyni zamanda birinci dövlət proqramına uyğun olaraq həyata keçirilən işlər barədə ölkə prezidentinə məlumat verilir. Prezident bu layihələrin gedişatı ilə maraqlanır və növbəti mərhələlərdə işlərin daha sürətli və keyfiyyətli icrası üçün lazımi göstərişlər verir.

Ümumilikdə, cənab Prezidentin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu bayramda, bu tarixi gündə Qarabağda iştirakı xüsusilə qeyd olunmalıdır. Ən mühüm məqamlardan biri də Ulu Öndər Heydər Əliyevin doğum gününün məhz Qarabağda qeyd olunmasıdır. Bu, Ulu Öndərin illərlə arzuladığı hədəflərin gerçəkləşməsinin bariz nümunəsidir."- deyə deputat bildirib. 


Sizin reklam burada
Sizin reklam burada