Barda dəhşət: 18 yaşlı qızı hasarın "nizə"sinə kim taxıb?

Barda dəhşət: 18 yaşlı qızı hasarın "nizə"sinə kim taxıb?
14:30

Rusiyada baş verən dəhşətli faciə yerli mediada müzakirələrə səbəb olub. Belə ki, Permdə 18 yaşlı qızın meyiti hasardan-dəmir məhəccərin nizəyə bənzər uclarına taxılmış vəziyyətdə tapılıb. Baza Telegram kanalı isə yazıb ki, polis hadisəni sosial mediada yazılanlar kimi deyil, sadəcə bədbəxt hadisə hesab edib.


Media qızın guya miqrantlar tərəfindən qaçırılaraq zorlandığı və sonda hasarda öldürülməsi barədə məlumatlar yayıb. Lakin hüquq-mühafizə orqanlarının əməkdaşları belə nəticəyə gəliblər ki, qız özü hasarın üstünə dırmaşmaq qərarına gəlib, o, hasarı aşarkən müvazinətini itirib və iti nizələrin üzərinə yıxılıb.

"Gənc qız mayın 11-nə keçən gecə Marşal Rıbalko küçəsindəki barın yaxınlığında, sinəsinə hasarın metal çubuqları ilişmiş vəziyyətdə tapılıb",- nəşr yazıb. Məlumata görə Nadejda adlı gənc qız bara rəfiqəsi ilə gəlibmiş və orada cəmi yeddi nəfər olub.

Tural


Sizin reklam burada
Sizin reklam burada