Moldovada vandallar Xinçeşsti rayonunu yaxınlığında Qızıl Ordu əsgərlərinin xatirəsinə ucaldılmış abidənin üzərinə boya töküblər. Bu barədə Rusiya Həmvətənlərinin Koordinasiya Şurasının sədri Aleksey Petroviç Facebook səhifəsində məlumat yayıb.
Onun sözlərinə görə, hadisə mayın 9-na keçən gecə baş verib. Söhbət Xinçeşsti rayonunun Ruska kəndi yaxınlığında 95-ci Moldova atıcı diviziyasının 161-ci atıcı alayının əsgərlərinin xatirəsinə ucaldılmış abidədən gedir.
Bundan xarici KİV yazmışdı ki, Vilnüs rəhbərliyi Böyük Vətən Müharibəsində (1941-1945) əldə olunan Qələbənin xatirəsinə gül dəstələri qoyulması üçün nəzərdə tutulmuş yerdə zibil qutusu quraşdırıb.
Tural