Ağız xərçənginin qarşısını almağın yolu tapıldı

Ağız xərçənginin qarşısını almağın yolu tapıldı
14:10

Boston Universitetinin rəhbərlik etdiyi beynəlxalq tədqiqatçılar qrupu maraqlı araşdırma aparıblar. Elm adamları aşkar ediblər ki, epigenetik tənzimləyici olan LSD1-in (lizin spesifik demetilaz-1) bloklanması immun sistemini oral skuamöz hüceyrəli karsinoma (OSCC) (xərçəng-red.) ilə mübarizə aparmaq üçün aktivləşdirə bilər. Araşdırmanın nəticələri International Journal of Oral Science (IJOM) jurnalında dərc olunub.


OSCC ağız xərçəngi ölümlərinin aparıcı səbəblərindən biridir və erkən diaqnoz müalicənin uğuru üçün kritik məsələ olaraq qalır. İndiyədək tədqiqatların əksəriyyəti xəstəliyin gec mərhələlərinə yönəlmişdi. Lakin yeni araşdırma xərçəngin erkən inkişafına və LSD1 fermentinin  roluna yönəlib.

Alimlər müəyyən ediblər ki, LSD1 STAT3 və CDK7 daxil olmaqla əsas siqnal yollarını tənzimləyir və xəstəliyin irəliləməsinə kömək edir. Tədqiqatçılar genetik və farmakoloji yanaşmalardan, o cümlədən SP2509 eksperimental birləşməsindən istifadə edərək, laboratoriya heyvanlarında (pişiklər və siçovullar) xərçəng öncəsi lezyonların inkişafını dayandıran LSD1 aktivliyini boğmağa müvəffəq olublar.

Tural


Sizin reklam burada
Sizin reklam burada