Türkün dostunun da qolunu bükə bilmədilər- Tural İrfan yazır

Türkün dostunun da qolunu bükə bilmədilər- Tural İrfan yazır
09:34
ABŞ-nın vasitəçiliyi ilə aparılan danışıqlarda Pakistan və Hindistan dərhal atəşkəsə razı olublar. Neytral yerdə danışıqların davam edərək digər razılışmaların əldə olunması qərara alınıb.
Ötən yazılarımızda qeyd etdiyimiz kimi: Pakistanın üstünlüyünü, əhalinin döyüş ruhunun yüksəkliyini, Türkiyə dronlarının amansızlığını və birmənalı qələbənin Pakistanla olacağını gördülər və bu variantı artıq kənara qoydular.
İndi bir neçə gündən sonra görək hansı variant ortaya çıxacaq və hansı ölkələri üz - üzə gətirəcəklər.
Xatırladım ki, bu savaşda ABŞ, Britaniya, İran və Əfqanıstan tərəfsiz olduğunu desələr də əslində ABŞ, İsrail, İran, Ermənistan, Əfqanıstan Hindistan tərəfdə idi, Türkiyə, Azərbaycan, Çin və demək olar ki, bütün müsəlman ölkələri Pakistanın tərəfində idi.
Türkiyənin ən böyük müttəfiqlərindən birini əyə bilmədilər. Əslində bu savaş Yaxın Şərq uğrunda idi. Yaxın Şərqdə üstünlük üçün mübarizə davam edir.
Tural İrfan, politoloq

Sizin reklam burada
Sizin reklam burada