Bu tarixlərdə Qərbi Nil qızdırması pik həddə ÇATACAQ

Bu tarixlərdə Qərbi Nil qızdırması pik həddə ÇATACAQ
12 May 2025 17:19

Rusiyada Qərbi Nil qızdırmasının (WNF) pik həddi avqust ayında gözlənilir.

News365.az xəbər verir ki, bu barədə "Rospotrebnadzor" məlumat yayıb.

Məlumata görə, 2025-ci ilin epidemiya mövsümündə Rusiya Federasiyasında WNV epidemiya prosesinin intensiv təzahürlərinin iyun-sentyabr aylarında, pik həddinin isə avqustda olacağı gözlənilir.

Qeyd olunub ki, infeksiyaya yoluxma riski Cənub, Volqa və Mərkəzi Federal Dairələrdə daha çoxdur.

Eyni zamanda, idarədən xəstəliyin konkret müalicəsinin olmadığı bildirilib.

Rospotrebnadzor, həmçinin WNV-yə yoluxma riski yüksək olan bölgələrə səfər etməyi planlaşdıran vətəndaşlara müraciət edib və onları qoruyucu tədbirlərə riayət etməyə çağırıb.



Sizin reklam burada
Sizin reklam burada