XƏBƏRDARLIQ! Təhlükə gözlənilir! - VİDEO

XƏBƏRDARLIQ! Təhlükə gözlənilir! - VİDEO
11 May 2025 19:59

ABŞ-ni güclü zəlzələ və  sunami təhlükəsi gözləyir. News365.az xəbər verir ki, bu Kanadadan Kaliforniyaya qədər uzanan 970 kilometrlik sualtı çatı izləyən alimlərin xəbərdarlığıdır.


Araşdırmanın nəticələri isə Daily Mail nəşrində dərc edilib. Belə ki, dəniz dibinin yüksək dəqiqliklə xəritələndirilməsi aparılıb və tektonik plitələrin izafi təzyiq yaratdığı dörd sahə müəyyən edilib.  


Məqalədə qeyd edilir ki, güclü zəlzələdən sonra sunami baş verə bilər. Dağlğaların  hündürlüyü isə 30 metr proqnozlaşdırlır. Bunun da kütləvi dağıntılarla nəticələnəcəyi bildirlir.  Alimlər risk altında olan yerləri də açıqlayıblar.  Bunlar Şimali Oreqon və Vaşinqtonun sahilyanı əraziləridir. Mütəxəssilərin qənaətinə görə,iqtisadi zərər böyük, qurbanların sayı isə minlərlə olacaq. Hətta sahildən uzaq ştatların suyu çirklənəcək və kimyəvi tullantılara məruz qalacaq.

 



Sizin reklam burada
Sizin reklam burada