Ukrayna prezidenti Vladimir Zelenski Roma Papası XIV Leo ilə danışıb.
News365.az xəbər verir ki, prezident bu barədə Telegram kanalında yazıb: "Bu, bizim ilk söhbətimiz olsa da, çox isti və həqiqətən məzmunlu idi".
Zelenski pontifiklə ədalətli sülhə nail olmağı, əsirlərin azad edilməsi və ukraynalı uşaqların evlərinə qaytarılmasının vacibliyini müzakirə edib. Roma Papası Zelenski ilə şəxsi görüşü planlaşdırmağa razılaşıb.
Zelenski həmçinin XIV Leonu Ukraynaya apostol səfərinə dəvət edib. Zelenski yazıb: “Belə bir səfər bütün dindarlara, bütün xalqımıza əsl ümid bəxş edərdi”.
XIV Leo hələ kardinal olanda Ukraynadakı müharibəni “imperialist xarakterli işğal” adlandırırdı.