Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo konklav üçün Vatikana gələn beynəlxalq media nümayəndələri ilə görüş keçirib.
News365.az xəbər verir ki, Roma Papası 5000-dən çox jurnalistin iştirakı ilə baş tutan görüşdə media nümayəndələrini sülhpərvər olmağa və həqiqəti sevgi ilə axtarmağa çağırıb.
“Söz savaşına yox deməklə həqiqəti sevgi ilə axtarın. Biz müharibə paradiqmasını rədd etməliyik. Gəlin sözləri tərksilah edək. Bununla da Yer kürəsinin tərksilah edilməsinə töhfə verək”, - deyə Roma Papası bildirib.
Bundan başqa, Papa XIV Leo ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında ilk telefon danışığı olub. Ukrayna Prezidenti Roma Papasını Kiyevə apostol səfərinə dəvət edib.