Rusiya Qərbə qarşılıqlı fayda üçün əməkdaşlıq təklifləri ilə yanaşıb, ABŞ və Avropa isə Ukraynada münaqişəyə səbəb olan NATO-nun genişlənməməsi barədə Moskvaya yalan danışıb. Bu barədə ABŞ ordusunun təqaüddə olan kəşfiyyatçısı Skott Ritter özünün YouTube kanalında məlumat verib.
"Rusiya hər kəsə faydalı ola biləcək bir uyğun əməkdaşlığa hazır olduğunu daim bəyan edib. Tramp administrasiyası əvvəlcə Rusiyanın haqlı olduğunu etiraf etdi. Onlar özləri də NATO-nun genişlənməsinin münaqişəyə səbəb olduğunu bildirdilər. Rusiyaya yalan danışdıqlarını etiraf etdilər", - o qeyd edib.
Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ prezidenti Donald Trampın Ukrayna münaqişəsi ilə bağlı baxışlarını şərh edərkən diqqət çəkən fikirlər səsləndirmişdi.
Peskovun sözlərinə görə, Trampın Ukraynadakı vəziyyətə münasibəti ilə bağlı Rusiyanın mövqeyi ilə üst-üstə düşən çoxlu elementlər var.
Xatırladaq ki, bir neçə gün öncə isə ABŞ prezidenti Donald Tramp diqqət çəkən fikirlər səsləndirmişdi. “Sky News” telekanalının məlumatına görə, siyasətçi Ukrayna prezidenti Volodimir Zelenskinin Krımın Rusiya ərazisi kimi tanınmasını nəzərdə tutan sülh sazişi bağlamağa hazır olduğunu deyib.
Tural