Husilər Qırmızı dənizdən keçən gəmilərdən rüsum almağa hazırlaşır.
News365.az xəbər verir ki, Yəməndəki husilər strateji əhəmiyyət daşıyan Bab əl-Məndəb boğazından keçən kommersiya gəmilərindən tranzit haqqı almaq üçün plan hazırlayırlar.
Məlumata görə, plan iranlı məsləhətçilərlə birlikdə hazırlanır. Husilərin bu addımla Qırmızı dənizdəki gəmiçilik marşrutları üzərində nəzarəti artırmaq və əlavə gəlir əldə etmək niyyətində olduğu bildirilir.