Polşa və Ukrayna arasında raket əleyhinə müdafiə sahəsində əməkdaşlıq müzakirə edilib.
News365.az xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk "X" hesabında yazıb.
"Ukrayna Prezidenti Volodimir Zelenski məni Vaşinqtondakı danışıqların gedişi barədə məlumatlandırdı. Biz həmçinin Polşanın Ukraynaya investisiya yatırması məsələlərini, raket əleyhinə müdafiə sahəsində əməkdaşlığı və Rusiyanın təcavüzünə qarşı mübarizəsində Kiyevə dəstəyi müzakirə etdik", - baş nazir yazıb.