Kamran Ağayev Azərbaycan yığmasından göndərildi

Kamran Ağayev Azərbaycan yığmasından göndərildi
16:52

Kamran Ağayev Azərbaycan milli komandasından uzaqlaşdırılıb.

News365.az-ın məlumatına görə, Ayxan Abbasov baş məşqçi təyin edildikdən sonra K.Ağayevlə müqaviləyə xitam verilib. 

Maraqlıdır ki, sabiq baş məşqçilər Canni De Byazi və Fernandu Santuşun dönəmində əsas yığmada qapıçı məşqçisi işləyən keçmiş qolkiper aşağı yaş qruplarında da işlə təmin edilməyib. 

Qeyd edək ki, Kamran Ağayev 2022-ci ildə Azərbaycan yığmasında qapıçı məşqçisi kimi işləməyə başlamışdı. 


Sizin reklam burada
Sizin reklam burada