ABŞ Avropanı daha az təsir və gücə malik ayrı-ayrı AB ölkələrinə bölmək istəyir.
News365.az xəbər verir ki, bunu Avropa Birliyinin (AB) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas deyib.
Onun sözlərinə görə, Brüssel və Vaşinqton arasındakı münasibətlər hazırda çətin bir dövrdən keçir və AB ölkələri hələ də ABŞ-ın yeni administrasiyası ilə dialoq üzrə vahid mövqe formalaşdırmayıb.
O, avropalıları məsələni ABŞ Prezidenti Donald Trampla birlikdə həll etmək üçün birləşməyə çağırıb.