Hörmüz boğazı üzərində nəzarət İranın strateji hüququ kimi görülür

Hörmüz boğazı üzərində nəzarət İranın strateji hüququ kimi görülür
12:41

“Hörmüz boğazı ətrafında gərginlik beynəlxalq hüquqla yanaşı siyasi maraqlarla da bağlıdır”

Politoloq Fikrət Sadıqov News365.az-a açıqlamasında beynəlxalq hüquq prinsipləri və regiondakı gərginlik fonunda Iran-ın mövqeyini şərh edib.

Onun sözlərinə görə, qlobal hüquq normalarının tətbiqi böyük dövlətlərin siyasəti ilə tez-tez ziddiyyət təşkil edir və bu, beynəlxalq münasibətlərdə ikili standartlar yaradır.

Fikrət Sadıqov bildirib ki, İran Hörmüz boğazı üzərində nəzarəti öz suveren hüququ kimi qiymətləndirir:

“İran hesab edir ki, Hörmüz boğazı onun strateji ərazisidir və bu keçidə nəzarət onun qanuni hüququdur.”

Politoloqun sözlərinə görə, Tehran öz mövqeyini regiondakı hərbi təzyiqlərlə əlaqələndirir:

“İran düşünür ki, əgər ona qarşı hərbi və siyasi təzyiqlər, o cümlədən ABŞ və İsrail tərəfindən hücumlar həyata keçirilirsə, o zaman öz strateji keçidlər üzərində nəzarəti gücləndirməyə haqqı var.”

Sadıqov əlavə edib ki, bu yanaşma beynəlxalq hüquqla bağlı mübahisələr doğursa da, İran bunu öz təhlükəsizliyi baxımından əsaslandırmağa çalışır.

Onun fikrincə, mövcud vəziyyət regionda gərginliyi artırmaqla yanaşı, qlobal enerji təhlükəsizliyinə də birbaşa təsir göstərir.


Sizin reklam burada
Sizin reklam burada