İtlərdə xərçəng xəstəliyinin ilkin mərhələlərdə aşkarlanması çətin olsa da, ev heyvanlarını mütəmadi müayinə etməklə şübhəli əlamətləri vaxtında müəyyənləşdirmək mümkündür.
Bu barədə Rusiya Kinoloji Federasiyasının prezidenti Vladimir Qolubev RİA Novosti-yə danışıb.
Qolubev sidikdə və nəcisdə qan, nəfəs darlığı, udma çətinliyi və xoşagəlməz qoxulu ifrazatların da ciddi xəstəliklərdən xəbər verə biləcəyini bildirib.
O, xüsusilə yaşlı itlərin ildə bir dəfədən daha tez-tez, məsələn, altı aydan bir baytar müayinəsindən keçirilməsini tövsiyə edib.