Günel Həsənova yüksək vəzifəyə TƏYİN OLUNDU - FOTO

Günel Həsənova yüksək vəzifəyə TƏYİN OLUNDU - FOTO
11:38

Azərbaycan Texniki Universitetinin (AzTU) Maliyyə-mühasibat departamentinin müdiri-baş mühasib vəzifəsini icrası Günel Həsənovaya həvalə olunub.

Bununla bağlı rektor Vilayət Quliyev müvafiq əmr imzalayıb.

Günel Həsənova ötən il AzTU-nun Maliyyə Mühasibat Departamentinin müdirinin - Baş mühasibin müavini vəzifəsinə təyin olunub.

Bir müddət əvvəl rektorun əmrilə həmin departamentə rəhbərlik də ona həvalə edilib.
G.Həsənova 2023-cü ildən ali təhsil müəssisəsinin mühasibatlıq departamentində çalışır. (Yurd.Media)


Sizin reklam burada
Sizin reklam burada