Bu gün Qubadlı Şəhəri Günüdür

Bu gün Qubadlı Şəhəri Günüdür
08:55

Bu gün Azərbaycanda Qubadlı Şəhəri Günü qeyd edilir.

6 il əvvəl, 2020-ci il oktyabrın 25-də, Vətən müharibəsinin 29-cu günü Qubadlı şəhəri və ətraf kəndlər Ermənistan Silahlı Qüvvələrinin işğalından azad olunub.

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev həmin gün tviter hesabında bununla bağlı paylaşım edib. Paylaşımda bildirilib: “Bu gün Azərbaycan Ordusu Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərini işğalçılardan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”.

Həmin il dekabrın 23-də Prezident İlham Əliyev Qubadlıda Azərbaycan Bayrağını ucaldıb.

Dövlətimizin başçısının 2023-cü il iyulun 31-də imzaladığı müvafiq Sərəncama əsasən, şəhərin işğaldan azad edildiyi 25 oktyabr tarixi Qubadlı Şəhəri Günü kimi qeyd olunur.


Sizin reklam burada
Sizin reklam burada