ABŞ-ın 44-cü prezidenti Barak Obama Donald Trampı nümayişkaranə davranışlarına görə tənqid edib və Ağ Evi İraqın keçmiş prezidenti Səddam Hüseynin restoranına bənzədib.
Obama hazırkı hakimiyyət nümayəndələrinin vəziyyətin ciddiliyinə uyğun davranmadıqlarını bildirib.
O, həmçinin Trampın Ağ Evdə təmir işlərinə həddindən artıq aludə olduğunu deyərək zarafat edib:
“Ağ Ev indi elə görünür ki, sanki Səddam Hüseyn restoran açıb. Hər yerdə qızıl var”.