Vanqanın daha bir kəhanəti: Putin bu tarixdə gedəcək...

Vanqanın daha bir kəhanəti: Putin bu tarixdə gedəcək...
14:24

Məşhur bolqar kahin Vanqanın bu il üçün bir sıra narahatedici proqnozları məlum olub.

“Irish Mirror” nəşri bu proqnozlar arasında III Dünya müharibəsinin başlanması, Rusiya ilə ABŞ arasında birbaşa toqquşma və Rusiyada yeni liderin hakimiyyətə gəlməsi olduğunu yazıb.

Nəşrin yazdığına görə, öncəgörücünün peyğəmbərliklərində ilin sonuna qədər baş verəcəyi iddia edilən genişmiqyaslı geosiyasi sarsıntılardan bəhs olunur:

“Xüsusilə, Rusiyada hakim rejimin dəyişə biləcəyi və bunun Prezident Vladimir Putinin hakimiyyətinin sona çatması demək olacağı iddia edilir.

Vanqanın başqa bir proqnozuna əsasən, noyabr ayında bəşəriyyət yerdənkənar sivilizasiya ilə təmas quracaq.

Maraqlıdır ki, bu proqnozlar Rusiyanın Ukraynaya qarşı davam edən müharibəsi və Kreml ilə Qərb ölkələri arasında gərginliyin artması fonunda gündəmə gəlib”./kult.az


Sizin reklam burada
Sizin reklam burada