“Çampi” tayfunun Tayvana təsiri nəticəsində xəsarət alanların sayı 616 nəfərə çatıb, bir nəfər həlak olub.
Bu barədə adanın Mərkəzi Fövqəladə Hallar Operativ Qərargahı məlumat yayıb.
Tayvanın Mərkəzi Meteorologiya İdarəsinin məlumatına görə, tayfun zəifləyib və adadan Yaponiyaya doğru hərəkət edir. Meteoroloqlar fırtına xəbərdarlıqlarını ləğv ediblər. Yaxın 24 saat ərzində hava şəraitinin tam normallaşacağı gözlənilir.