Qaradağ rayonunda itkin düşmüş şəxsin meyiti tapılıb.
News365.az xəbər verir ki, mayın 7-si saat 10 radələrində 1977-ci il təvəllüdlü Lökbatan sakini Asəf Şirinovun meyiti yaşadığı evin zirzəmisində aşkarlanıb.
Onun aprelin 27-dən itkin düşmüş şəxs kimi axtarıldığı bildirilib.
İlkin baxış zamanı meyit üzərində zorakılıq əlamətləri müəyyən edilməyib.
Faktla bağlı araşdırma aparılır.