İsveçdə parlament seçkiləri keçirilir

İsveçdə parlament seçkiləri keçirilir
12:15


İsveçdə parlament seçkilərində səsvermə üçün seçki məntəqələri saat 08:00-da (Bakı vaxtı ilə 10:00) açılıb.

News365.az-ın yerli KİV-lərə istinadən verdiyi məlumata görə, ilkin nəticələr səsvermənin başa çatmasından bir saat sonra - saat 21:00-da (Bakı vaxtı ilə 23:00) açıqlanacaq.

Ölkə vətəndaşları hazırkı parlament və hökumətin dördillik səlahiyyət müddətinin başa çatması ilə əlaqədar 349 deputatın yer aldığı İsveç parlamentinə (birpalatalı Riksdaq), eləcə də yerli özünüidarəetmə orqanlarına nümayəndələr seçməlidirlər.

Mülayimlər Koalisiya Partiyasının lideri və hazırkı İsveç Baş naziri Ulf Kristersson ikinci müddətə namizədliyini irəli sürüb. Mülayimlər hökumətdəki 17 nazirlikdən, o cümlədən Xarici İşlər və Müdafiə nazirliklərindən əksəriyyətinə rəhbərlik edirlər. Liberallar 11, Xristian Demokratlar isə 6 nazirlik postuna sahibdir.

İsveçdə son sorğular müxalifət partiyalarının blokunun hakim koalisiya blokunu cüzi fərqlə qabaqladığını göstərib. "Demoskop" analitik agentliyinin avqustun 25-dən sentyabrın 1-dək keçirdiyi sorğunun nəticələrinə görə, müxalifət partiyalarına - Sosial-Demokrat İşçi Partiyasına, Sol Partiyaya, Mərkəz Partiyasına və Yaşıllar Partiyasına - seçicilərin 50,6 faizi dəstək ifadə edib. Hakim koalisiyaya - Mülayimlər Koalisiya Partiyasına, Liberal Partiyaya və Xristian Demokratlar Partiyasına - isə respondentlərin 47,3 faizi səs verməyə hazır olduğunu bildirib.


Sizin reklam burada
Sizin reklam burada