Rusiyanın “Buro 24/7” nəşrinin baş redaktoru Yekaterina Darma və həyat yoldaşı, milyarder Rəşid Sərdarovun oğlu Timur Sərdarovun ikinci övladı olub
News365.az xəbər verir ki, cütlüyün oğlan övladı dünyaya gəlib. Körpəyə Xander adı verilib.
Yekaterina bu barədə sosial şəbəkə hesabında yazıb:
"İki həftə əvvəl ailəmiz genişləndi. Biz gözəl oğlumuz Xanderi qarşıladıq. Allaha şükür! Mənim hər şeyim var və bütün bunları böyük sevinclə qəbul edirəm. Əzizim, bütün bunların gerçəkləşməsini mümkün etdiyin üçün sənə təşəkkür edirəm”.
Xatırladaq ki, Yekaterina Darma və Timur Sərdarov ilk dəfə 2022-ci ildə valideyn olublar. Cütlüyün bir oğlu olub, adını da babasının şərəfinə Rəşid qoyublar. Onlar 2023-cü ildə nikah masasına əyləşiblər.