Bakı şəhəri ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda abadlıq, yenidənqurma və təmir işləri həyata keçiriləcək.
News365.az xəbər verir ki, bununla bağlı müvafiq prosedurlar başa çatıb.
Belə ki, "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC ilə "Xəzər-Construction" MMC arasında müqavilə imzalanıb.
Müqaviləyə əsasən, müxtəlif işlərin görülməsi nəzərdə tutulur.
Razılaşmanın ümumi dəyəri 61 milyon 87 min 536 manatdır.