İsrailin qorxduğu nədir? - VİDEO

İsrailin qorxduğu nədir? - VİDEO
09:15


"Nəhayət ki, özləri həqiqəti etiraf etdilər! Yəhudi əsilli ukraynalı politoloq Portnikov deyir ki, İranın əlində Hörmüz boğazı nüvə bombasından da təhlükəli silahdır. Müqayisə üçün deyir ki, Şimali Koreyanın nüvə silahı var, amma nə faydası, ticarət yollarına ki nəzarət etmir! Deməli, ABŞ-ı İranda nə nüvə silahı, nə də rejim maraqlandırmır. Əsas puldur, pul! Ticarət yolları! Neft, qaz və s.! Sadəcə daha çox pul qazanmaq üçün İrana nəzarət etmək istəyirlər. Mənim üçün bu məlumun elanıdır, amma qoy bilməyənlər də agah olsun..."
Bu fikirləri hüquqşünas Əkrəm Həsənov səsləndirib.
O əlavə edib ki, əslində, normal insan başa düşməlidir ki, Şimali Koreya kimi başdaxarab dövlətin nüvə silahına malik olması təhlükə yaratmırsa, İran kimi neçə minillik dövlətçilik ənənələri, zəngin elmi, mədəniyyəti və s. olan ölkə niyə təhlükəli olmalıdır ki?
"Heç kəs canından bezməyib ki, nüvə silahını tətbiq etsin. Bu silahı 1945-ci ildə tətbiq etmiş yeganə ölkə ABŞ olub, amma ona görə ki, digərlərinin belə silahı olmayıb. İndi isə tətbiq etmək niyyətində olan əks tətbiqi göz önünə almalıdır. Müasir dövrdə nüvə silahı sadəcə müdafiə alətidir. Ukraynanın əlindən nüvə silahını aldılar və nüvəli Rusiya ona təcavüz etdi. Nüvəsiz İrana isə nüvəli ABŞ və İsrail təcavüz etdi. Odur ki, nüvə silahı bəhanədir, sadəcə təbii ki, ABŞ və İsrail başa düşür ki, İranın nüvə silahı olsa, ona öz iradələrini heç diktə edə bilməyəcəklər (eyni məsələ Türkiyəyə də aiddir). Faktiki olaraq çağdaş dövrdə nüvə silahına malik olmaq tam suverenlik deməkdir.
İrandakı rejim də heç kəsi maraqlandırmır. Səudiyyə Ərəbistanında daha sərt teokratik rejimdir, amma ABŞ-ın dostudur, İsrailin də ən azı düşməni deyil, sıx əməkdaşlıq edirlər. Elə İsrailin özü də azı yarıdindar dövlətdir də."

News365.az

https://www.facebook.com/reel/35119269764354315


Sizin reklam burada
Sizin reklam burada