İsrail Qəzza zolağında atəşkəsi pozaraq hücumlarını davam etdirir

İsrail Qəzza zolağında atəşkəsi pozaraq hücumlarını davam etdirir
14:25

İsrail ordusu atəşkəs rejiminə baxmayaraq Qəzza zolağının cənub bölgələrinə artilleriya və helikopter zərbələri endirib.

News365.az xəbər verir ki, şahidlərin sözlərinə görə, Rəfah və Xan Yunisin şərq hissələrində sıx tüstü müşahidə olunub.

Qəzza hökumətinin açıqlamasına görə, oktyabrın 10-da qüvvəyə minmiş atəşkəsin ilk 50 günü ərzində İsrail ordusu razılaşmanı 591 dəfə pozub. Hücumlar nəticəsində 357 fələstinli həyatını itirib, 903 nəfər isə yaralanıb.

Hadisələr bölgədə gərginliyi artırır və humanitar vəziyyətin pisləşməsinə səbəb olur.

News365.az 


Sizin reklam burada
Sizin reklam burada