Naxçıvanda elektrik xətləri 40 milyona təmir ediləcək

Naxçıvanda elektrik xətləri 40 milyona təmir ediləcək
28 Fev 2025 20:30

"AzərEnerji" ASC Naxçıvanda elektrik veriliş xətlərinin (EVX) yenidən qurulması ilə bağlı açıq tender elan edib.


News365.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında 110 kV-luq EVX-lərin ikidövrəli variantda yenidən qurulması və Naxçıvan şəhərinə düşən hissəsinin kabel xətlərinə keçirilməklə yenidən qurulması işlərinin ehtimal olunan qiyməti 40 milyon 510.063 min manatdır.


Müsabiqədə iştirak haqqı 6076.51 manat təşkil edir. Tenderlə bağlı təkliflərin son təqdim olunma tarixi isə aprelin 25-dir.


Zərflərin də həmin gün açılması nəzərdə tutulub.


Sizin reklam burada
Sizin reklam burada