“Bugünkü
mövcud şəraitə əsaslansaq, turizm sektoru qeyri-neft sektoru üzrə prioritetlər
arasında potensialı və reallaşdırılması birinci olan sektordur. Fakt budur ki,
bu sektor 2011-ci ildə turizm ili elan edildikdın sonra sürətli inkişaf edərək,
2019-cu ildə rekord göstəricilərə çatdı. Çünki, ölkədə ardıcıl beynəlxalq tədbirlərlər
keçirildi ki, bunların da mərkəzində dayanan əsas məqsəd ölkənin qlobal turizm
bazarında tanıdılması idi. Lakin pandemiyanın vurduğu zərərdən sonra 5 ildir
ki, 2019-un yekun göstəricilərini təkrarlamaq mümkün olmayıb. Turizmlə bağlı
bizim rəqib ölkələrimiz - Türkiyə və Gürcüstan isə 2019 göstəricilərini geridə
qoyublar”.
Bunu News365.az –a söhbətində iqtisadçı
ekspert Eldəniz Əmirov deyib. O
bildirib ki, bunun müxtəlif obyektiv və subyektiv səbəbləri olsa da bunlardan
ikisini xüsusidir:
“Birincisi,
quru sərhədlərinin bağlı olması, ikincisi isə turizm sektorunda hələ də dövlətin
rolunun yüksək səviyyədə qalmasıdır.
Əməninəm
ki, əgər Türkiyə və Gürcüstanda da sərhədlər bağlı olsaydı və turizm sektorunda
aparıcı idarəçilik dövlətin əlində olsaydı, o zaman bu ölkələr də də artım
dinamikası olmayacaqdır.
Turizm
xidmət sektorunun bir parçasıdır. Bu parça tamlıqla özəl təsərrüfat subyektlərinin
əlində olması inkişaf üçün bir zərurətdir. Dövlət isə tənzimləyici funksiyasını
həyata keçirməli və bu rolda qalmalıdır.
Amma
Azərbaycanda 2009-cu ildə Şahdağda qış turizm kompleksinin inşasına başlanıldı,
2015-ci ildə isə qapalı səhmdar cəmiyyəti yaradıldı. Lakin turizm mərkəzinin
qapalı səhmdar cəmiyyəti kimi fəaliyyət göstərməsi turizmin inkişafına mənfi təsir
edir. Statistika da bunu təsdiq etməkdədir. Böyük vəsaitlər hesabına yaradılan
bu turizm mərzəzinin faydaları bir yana, heç özünü də normal ayaqda saxlaya
bilmir. Dövlət büdcəsindən ayırmalar həyata keçirilir. 2021-ci ildə dövlət tərəfindən
bu sahəyə 14 milyon manat, 2022-ci ildə isə 12 milyon manat vəsait ayrılıb. Nəticə
də 2016-cı ildən 2023-cü ilin sonuna qədər Şahdağ Turizm Mərkəzinin zərəri 103
milyon manatı keçib. Deməli, bu yanaşmanı dəyişməliyik.
Dünya
təcrübəsi isə göstərir ki, özəl fəaliyyətin mümkün olduğu sahələri dövlət nəzarətdə
saxladıqda, ikiqat zərərli olur. Bir tərəfdən inkişaf ləngiyir, digər tərəfdən
büdcənin yükü artır.
Bütün
bunları vurğulamaqda məqsədim odur ki, cənab Prezidentin Beynəlxalq Xizək və
Snoubord Federasiyasının prezidenti Yoxan Eliaşı ilə görüş və bu görüşdəki
müzakirələrindən sonra turizmdə özəl sektorun payının daha da artırılması və bu
istiqamətdə rəqabət mühitinin gücləndriliməsi vacibdir. Çünki bu görüş inanıram
ki, ölkəmizdə turizm sektoruna, ələxsus da qış turizminə öz faydasını verəcəkdir.
Sadəcə, turizm sektorunda dövlətin idarəedici rolunun tənzimləyici rolla daha
çox əvəzlənməsi və özəl subyektlərinin rolunun artırılması rəqabət mühitini
gücləndirərək bu faydanı artıra bilər.
Məlumdur
ki, işğaldan azad edilmiş ərazilərimizin turizm potensialı ölkənin digər əraziləri
ilə müqayisədə daha yüksəkdir. Bu ərazilərin uzun müddət əlçatan olmaması ilə
onu Quba, Qəbələ, Şəki kimi yerlərdən daha maraqlı və daha cəlbedici etmişdir.
Amma burada da müasir turizm mərkəzlərinin yaradılması və yaradıldıqdan sonra
qapalı səhmdar cəmiyyət kimi dövlətin nəzarətində olması baş verəcəksə, bu
zaman buranın da ölkə iqtisadiyyatı üçün fayda gətirməsində müəyyən risklər
qaçılmaz olacaq. Buna görə də bu ərazilərin potensialını canlandırmaq üçün, o
cümlədən qış turizminin orada (Kəlbəcərin relyefi və iqlimi buna imkan verir)
yardılması üçün dövlət-özəl tərəfdaşlığı çərçivəsində fəaliyyətin təmin edilməsi
və daha sonra prosesin özəl sektora tam ötürülməsi daha effektiv və dayanıqlı nəticələrin
əldə olunmasına imkan verərdi”.
News365.az