Ermənistan Respublikası Milli Assambleyasının girişində “Respublika Naminə” partiyasının sədri Arman Babacanyanın rəhbərliyi ilə etiraz aksiyası keçirilib. Yerli medianın yaydığı məlumata görə, msrsxə ketlə Rusiya Federasiyası Şurasının sədri Valentina Matviyenkonun İrəvana səfərinə etiraz ediblər. Onlar “Rusiya, satqın, qatildir, Ermənistandan uzaq ol!” şüarları səsləndiriblər. Polis aksiyanın təhqiramiz çağırışlar olmadan keçirilməsini tələb edib və bundan sonra əlbəyaxa dava düşüb. Polis əməkdaşı Babacanyanın əlindən səsgücləndiricini alıb.
Eyni zamanda, Matviyenkonun səfərinin lehinə olan, onu qarşılamaq üçün əraziyə gələn vətəndaşlar da parlament binası qarşısında aksiya keçiriblər. Onlar "Bu avropapərəstlər türk agentləridir. Razısınızmı ki, biz Avropaya doğru yol alıb Türkiyənin vassalı olaq?" deyiblər. Rusiyapərəstlərlə avropapərəstlər arasında vəziyyət bir müddət gərginləşib.
Tural