İraq prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb

İraq prezidenti  İlham Əliyevə təbrik məktubu ünvanlayıb
17:42

İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

News365.az xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri.

Azərbaycan Respublikasının milli bayramı – 28 May - Müstəqillik Günü münasibətilə Zati-alinizə və hörmətli ailənizə ən səmimi təbriklərimizi çatdırmaqdan məmnunluq duyuruq.

Sizə möhkəm cansağlığı, uğurlar, səxavətli xalqınıza davamlı tərəqqi və firavanlıq arzu edirik.

Bu fürsətdən istifadə edərək, dost ölkələrimiz və xalqlarımız arasında bütün sahələrdə əməkdaşlıq əlaqələrinin inkişafında maraqlı olduğumuzu bir daha bildiririk".


Sizin reklam burada
Sizin reklam burada