ABŞ bu münaqişənin tezliklə sona çatmasında maraqlıdır və bu istiqamətdə aktiv diplomatik fəaliyyət göstərir.
Bunu politoloq Fikrət Sadıqov News365.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, ABŞ Prezidentinin xüsusi nümayəndəsi artıq bir sıra önəmli görüşlər keçirib:
“ABŞ nümayəndəsi Moskvada da olub, Ukrayna Prezidenti Volodimir Zelenski ilə də görüş keçirib, Türkiyəyə də səfər edib. Bu da göstərir ki, proses aktiv şəkildə davam edir. Mən düşünmürəm ki, ABŞ Prezidentinin nümayəndəsi hansısa ölkəyə səbəbsiz səfər etsin və konkret təkliflər olmadan geri dönsün. Mövcud vəziyyət onu göstərir ki, müəyyən variantlar və təşəbbüslər gündəmdədir”.
Politoloq əlavə edib ki, hərdən Vaşinqtondan ziddiyyətli bəyanatlar səslənsə də, ümumi tendensiya ABŞ-ın bu münaqişənin həllinə çalışdığını göstərir:
“Hiss olunur ki, ABŞ müxtəlif kanallar vasitəsilə və nümayəndələr səviyyəsində konkret addımlar atır. Mən əminəm ki, ABŞ olmasaydı, İstanbulda keçirilən son görüş də baş tutmazdı”.