“Rusiya Ukraynada gücləndikcə növbəti hədəf Azərbaycan ola bilər”- Oqtay Qasımov

“Rusiya Ukraynada gücləndikcə növbəti hədəf Azərbaycan ola bilər”- Oqtay Qasımov
17:16

 “Rusiya Ukraynada gücləndikcə növbəti hədəf Azərbaycan ola bilər”. 

Politoloq Oqtay Qasımov News365.az-a açıqlamasında bildirib ki, Rusiya hələ Ukraynada bütün hədəflərinə çatmayıb, lakin beynəlxalq vəziyyət və xüsusilə ABŞ-ın Ukraynaya münasibətdə göstərdiyi qeyri -müəyyənlik Moskvanın mövqeyini gücləndirir.

Onun özlərinə görə, Vaşinqtonun Ukraynaya hərbi yardımında yaranan fasilələr və qərarsız addımlar Rusiya üçün müəyyən manevr imkanları yaradıb:

“ABŞs-ın dəstəyində müşahidə olunan fasilələr Rusiyaya müəyyən imkanlar tanıdı. Vaxt uzandıqca Moskva düşünür ki, hədəflərinə doğru irəliləyir. Mən hesab edirəm ki, bu münaqişə yaxın zamanda bitməyəcək, əksinə daha da uzanacaq və növbəti mərhələdə daha kəskin xarakter alacaq.”

Qasımov həmçinin vurğulayıb ki, Rusiya-Ukrayna savaşının gedişatı regionun digər ölkələrinə də təsirsiz ötüşməyəcək. O bildirib ki, Rusiya Ukraynada mövqelərini gücləndirdikdən sonra diqqətini Azərbaycana yönəldə bilər:

“Biz uzun müddətdir deyirik ki, Rusiya Ukraynada hərbi üstünlük qazandıqdan sonra onun ilk hədəfi Azərbaycan olacaq. Bu, artıq real ssenariyə çevrilməkdədir.”

Politoloq son 7 ayda Azərbaycana qarşı aparılan təbliğat kampaniyasını da təsadüfi hesab etmir:

“Azərbaycan hərbi təyyarəsinin vurulması, buna görə üzr istəmək yerinə Azərbaycandan izahat tələb edilməsi, hadisəni törədənlərin cəzalandırılması əvəzinə məsuliyyətin bizim üzərimizə qoyulması – bütün bunlar sistemli kampaniyanın tərkib hissəsidir. ABŞ-ın və Qərbin bu məsələlərdə fərqli yanaşması, Rusiya ilə müqayisədə ikili standartları da açıq görünür.”

Qasımovun fikrincə, regiondakı proseslər və beynəlxalq güclərin mövqeyi gələcəkdə Azərbaycanın milli təhlükəsizliyi üçün daha ciddi çağırışlar yarada bilər.


Sizin reklam burada
Sizin reklam burada