Çempionlar Liqasının qalibi olan futbolçu 54 yaşında vəfat edib

Çempionlar Liqasının qalibi olan futbolçu 54 yaşında vəfat edib
20:30

Portuqaliyanın "Portu" klubu ilə 2003/2004 mövsümündə Çempionlar Liqasının qalibi olan Jorje Koşta 54 yaşında vəfat edib.

News365.az xəbər verir ki, bu barədə "A Bola" qəzeti məlumat yayıb .

Portuqaliya millisinin sabiq müdafiəçisinin ölümünün səbəbi barədə məlumat verilmir.

Koşta futbolçu karyerası ərzində 1990-2005-ci illərdə "Portu"da çıxış edib və 324 oyunda 20 qol vurub. O, bu komandanın heyətində səkkiz qat Portuqaliya çempionu və beş dəfə ölkə kubokunun qalibi olub. 2003-cü ildə UEFA Kubokunu (indiki Avropa Liqası), 2004-cü ildə isə Çempionlar Liqasını qazanıb.

J.Koşta futbolçu karyerasını başa vurduqdan sonra bir neçə klubun baş məşqçisi vəzifəsində çalışıb.


Sizin reklam burada
Sizin reklam burada