Suriya və Türkiyə müştərək işgüzar şura yaradıb

Suriya və Türkiyə müştərək işgüzar şura yaradıb
05 Avq 2025 21:15

Ankara və Dəməşq Xarici İqtisadi Əlaqələr Şurasının nəzdində Suriya-Türkiyə İşgüzar Şurasının yaradıldığını elan edib, həmçinin 10 əməkdaşlıq sazişi imzalayıblar.

News365.az Suriyanın SANA agentliyinə istinadən xəbər verir ki, bu barədə Suriyanın iqtisadiyyat və xarici ticarət naziri Məhəmməd Nidal əş-Şaar və Türkiyənin ticarət naziri Ömər Bolatın birgə bəyanatında bildirilib.

“Xarici İqtisadi Əlaqələr Şurası hər iki ölkənin dövlət və özəl sektorları arasında əməkdaşlığın gücləndirilməsinə töhfə verəcək”, - bəyanatda deyilir.

Tərəflər Suriya gömrük məntəqələrinin və infrastrukturunun gücləndirilməsi, sərhəd prosedurlarının təkmilləşdirilməsi və gömrük orqanları arasında qarşılıqlı əlaqənin genişləndirilməsi üçün birgə işləmək barədə razılığa gəliblər.

Bundan əlavə, tərəflər birgə iqtisadi və ticarət komitəsinin yaradılması, Suriyanın infrastrukturunun gücləndirilməsi üçün inzibati inkişaf və idarəetmə sahəsində anlaşma memorandumunun imzalanması, həmçinin dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsi üçün mexanizmlərin hazırlanması və Suriya sənayesinin bərpası üçün institusional addımların müəyyən edilməsi barədə qərar qəbul ediblər.


Sizin reklam burada
Sizin reklam burada