"İranla son mərhələyə giririk" - ABŞ

"İranla son mərhələyə giririk" - ABŞ
13:22

ABŞ-nin maliyyə naziri Skott Bessent sosial şəbəkə hesabında İranla bağlı açıqlama yayıb.

News365.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-nin maliyyə naziri Skott Bessent ABŞ və İsrailin İrana qarşı hücumları ilə başlayan müharibədə son mərhələyə daxil olduqlarını bildirib.

ABŞ Prezidenti Donald Trampın İranın hərbi imkanlarını, hərbi zavodlarının demək olar ki, hamısını və nüvə proqramını məhv etdiyini iddia edən Bessent bildirib: “İndi son mərhələyə daxil oluruq. Sübh çağı bu günədək hər hansı düşmənə qarşı həyata keçirilmiş ən böyük maliyyə hücumu olan iqtisadi hücum başlayır”.

Bessent İranın “xərac almağı təhlükəsizlik zəmanəti kimi təqdim edərək mövcudluğunu davam etdirdiyini” iddia edib. O, həmçinin İranın “əks-zərbə endirməyi qaçılmaz, ABŞ-nin sanksiyalarını isə danışıqlar yolu ilə dəyişdirilə bilən hesab etdiyini” bildirib.


Sizin reklam burada
Sizin reklam burada