İranın siyasəti regionda gərginliyi artırır

İranın siyasəti regionda gərginliyi artırır
10:48

Politoloq Bakir Həsənbəyli İranın daxili və xarici siyasətində mövcud yanaşmaların regiondakı gərginliklərə təsirindən danışıb.

O, News365.az-a açıqlamasında bildirib ki, İranın ideoloji əsaslı siyasi xətti bəzi hallarda real vəziyyətin düzgün qiymətləndirilməsinə mane olur və bu da regional proseslərin daha da mürəkkəbləşməsinə səbəb ola bilər.


Politoloqun sözlərinə görə, Tehran rəhbərliyinin qərarvermə mexanizmində ideoloji amillərin ön planda olması bəzi siyasi addımların sərtləşməsinə gətirib çıxarır:

“Bəzi yanaşmalar müasir beynəlxalq münasibətlərin reallıqları ilə uzlaşmır. Bu isə gərginliklərin artmasına təsir göstərən əsas faktorlardan biridir.”

Bakir Həsənbəyli həmçinin İran rəsmilərinin son açıqlamalarını da şərh edərək bildirib ki, bu cür mesajlar regionda mövcud siyasi vəziyyətə dair müxtəlif interpretasiyalara yol açır.

O qeyd edib ki, 21-ci əsrdə münaqişələrin həlli daha çox diplomatik və siyasi mexanizmlər üzərindən aparılmalıdır:

“Regionda sabitlik üçün emosional və ideoloji ritorikadan uzaq durulmalı, daha rasional yanaşmalar önə çəkilməlidir.”

Politoloq sonda vurğulayıb ki, qarşılıqlı etimadın gücləndirilməsi və dialoqun davam etdirilməsi regionda sabitliyin təmin olunması baxımından əsas şərtlərdən biridir.



Sizin reklam burada
Sizin reklam burada