“İranın ritorikası Azərbaycanın yüksələn gücünü həzm edə bilməməsindən qaynaqlanır”- Aytən Qurbanova

“İranın ritorikası Azərbaycanın yüksələn gücünü həzm edə bilməməsindən qaynaqlanır”- Aytən Qurbanova
13 Avq 2025 14:00

 “İranın ritorikası Azərbaycanın yüksələn gücünü həzm edə bilməməsindən qaynaqlanır”.

Politoloq Aytən Qurbanova News365.az-a bildirib ki, İran rəsmilərinin səsləndirdiyi bəyanatlar əslində işğalçılıq ideologiyasının davamıdır. Onun sözlərinə görə, Ermənistanın işğalçılıq siyasətinə son qoyulduğu bir vaxtda İranın yeni ritorika ilə çıxış etməsi bölgə üçün potensial təhdid yaradır.

“Ermənistanla müqayisədə İranın tərkibində 30-35 milyon Azərbaycan türkü yaşayır və bu amil onun ideoloji təzyiqlərini daha təhlükəli edir. İran bu ritorikasını həm daxili siyasətində, həm də beynəlxalq platformalarda açıq şəkildə ifadə etməyə çalışır,” – deyə politoloq qeyd edib.

Aytən Qurbanova vurğulayıb ki, İranın bu mövqeyinin arxasında Azərbaycanın regionda və qlobal miqyasda artan nüfuzunu qəbul etməmək dayanır: “Azərbaycan bu gün regional və qlobal proseslərdə sülh və sabitliyin təmin olunmasına dair layihələrin əsas təşəbbüskarlarından biridir. Bu fakt təkcə İranı deyil, bir çox siyasi dairələri narahat edir və qısqanclıq yaradır. Səsləndirilən ifadələr bizə ciddi görünməsə də, əslində böyük təhlükə potensialı daşıyır.”

News365.az


Sizin reklam burada
Sizin reklam burada