İranda internet məhdudiyyəti davam edə bilər

İranda internet məhdudiyyəti davam edə bilər
13:58

İranda qlobal internetə çıxışın bərpası ilə bağlı müzakirələr davam edir və hakimiyyət daxilində bu məsələyə münasibət birmənalı deyil.

News365.az-ın məlumatına görə, “Iran International” nəşri iranlı deputat Fəzlullah Rəncbərin açıqlamasına istinadən bildirir ki, o, mövcud şəraitdə qlobal şəbəkəyə çıxışın yenidən açılmasının dövlət maraqları ilə uyğun gəlmədiyini düşünür.

Deputat eyni zamanda hökuməti internet məhdudiyyətləri səbəbindən zərər çəkən sahibkarlar və vətəndaşlar üçün kompensasiya mexanizmləri hazırlamağa çağırıb. Onun sözlərinə görə, bu ödənişlər Hörmüz boğazından əldə olunan gəlirlər, dondurulmuş vəsaitlərin azad edilməsi və xarici ticarət əlaqələrinin genişləndirilməsi hesabına təmin oluna bilər.

Rəncbər vurğulayıb ki, hazırkı mərhələdə internetin tam bərpasını dəstəkləmir və bu addımın ölkənin maraqlarına uyğun olmadığını hesab edir.

News365.az


Sizin reklam burada
Sizin reklam burada