Son sutkada İsrailin Livanın cənub və şərq ərazilərinə endirdiyi hava zərbələri nəticəsində azı 41 nəfər həlak olub.
News365.az xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.
Məlumata görə, 140 nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.
"Martın 2-də hərbi gərginliyin başlanmasından bəri həyatını itirən vətəndaşların ümumi sayı 3 412 nəfərə çatıb, yaralıların sayı isə 10 269-a yüksəlib", - açıqlamada bildirilib.