ABŞ dövlət katibinin köməkçisi Azərbaycana gəldi

ABŞ dövlət katibinin köməkçisi Azərbaycana gəldi
10:10

ABŞ dövlət katibinin iqtisadi, enerji və biznes məsələləri üzrə köməkçi katibi Kaleb Orr Azərbaycanda səfərdədir.

News365.az xəbər verir ki, onun səfər çərçivəsində ABŞ rəsmisinin iyunun 1-2-də Bakıda keçirilən Bakı Enerji Həftəsində iştirak edəcəyi gözlənilir.

Həmçinin səfər zamanı ilk Azərbaycan–ABŞ İqtisadi Dialoqunun keçirilməsi nəzərdə tutulur.

Kaleb Orrun səfəri Azərbaycan ilə ABŞ arasında iqtisadi və enerji sahələrində tərəfdaşlığın müzakirəsi və yeni əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsi baxımından əhəmiyyət daşıyır.


Sizin reklam burada
Sizin reklam burada