Son illər
bölgələrdən mərkəzi şəhərlərə axın durmadan artır. Bıziləri bunu məşğulluqla əlaqələndirir.
Lakin tək səbəb bu deyil.
Əvvəllər
bölgələrlə mərkəzi şəhərlər arasında həyat şəraitində olduğu kimi xidmətlərdə və
qiymətlərdə müəyyən fərqlər olurdu. Məsələn bir zamanlar Bakıda şəkərin
kiloqramı 2 manata satılırdısa, ucqar bölgələrdə şəkər 1,6 manata təklif
olunurdu.
Bu da onunla
bağlı idi ki, təkliflə tələb uzlaşdırılırdı. Regionlarda insanların dolanışıq,
güzaran imkanları nəzərə alınaraq onlara gündəlik tələbat malları daha münasib
qiymətə təklif edilirdi. Bu hesaba da
insanların urbanizasiyasına imkan verilmirdi.
Lakin hazırda
bu imkanlar aradan qalxıb. Bu gün Bakıda da, Şəkidə də və hətta Qaxda şəkərin
qiyməti eynidir. Halbuki Şəkidə, Qaxda yaşayıb işləyən şəxsin qazancı ilə
Bakıda yaşayıb işləyənin gəlirləri eyni deyil. Məsələn, rəsmi statistikaya görə
ötən il Bakı şəhərində orta aylıq əmək haqqı 1. 485 manat olub. Amma 2025-ci
idlə İsmayıllıda 621, Ağstafada 625 manat olub. Ölkə üzrə ən aşağı əmək haqqı
isə Qax rayonundadır. Belə ki, bu rayonun sakinlərinin
orta aylıq nominal əmək haqqı 570.3 manatdır.
Göründüyü
kimi bölgələrlə Bakı arasında orta aylıq əmək haqqı arasındakı fərq 2 dəfədən
çoxdur.
Bu təzadlar
digər sahələrdə də özünü göstərir.
Məsələn Azərbaycan
Mərkəzi Bankının məlumatına görə ötən il ölkə üzrə ən ucuz kreditlər Bakı
(12.62%) şəhərində verilib.
İqtisadi
regionlar üzrə ən yüksək kredit faizləri isə Dağlıq Şirvanda (Ağsu, İsmayıllı,
Qobustan, Şamaxı) olub. Burada verilən kreditlər üzrə orta faiz dərəcəsi 19.95%
təşkil edib.
Verilən
kredit faizlərində ən azı 50 faiz fərq var. Bu fərqi banklar regionlarda risqlərin
daha yüksək olması ilə əlaqələndirirlər. Lakin bu da tutarlı əsas deyil.
Başqa bir
maliyyə göstəricisinə diqqət edək.
2025-ci ildə respublika üzrə əmanət qoyuluşu üzrə orta
faiz dərəcəsi 5.18%, milli valyutada isə 6,61% təşkil edib.
Amma ən yüksək
faiz dərəcəsi Abşeron-Xızı iqtisadi rayonunda tətbiq edilir. Bu bölgədə milli
valyutada əmanətlərə hesablanan faiz 7.81-dir. Amma Mil-Muğan iqtisadi rayonu
üzrə bu göstərici 4.23 faizdir. Yenə də fərq 50 faizə qədərdir.
Göründüyü
kimi əsas bank xidmətləri üzrə mərkəzi şəhərlə regionlara arasında böyük fərq
var.
Halbuki bölgələrdə
yaşayan insanlar da Bakıda olanlar kimi eyni işi görür, eyni qrafiklə çalışır.
Bəs elə isə
niyə bölgələrdə həm orta aylıq əmək haqqı, həm də digər mənbələrdən olan gəlirlər
bu qədər aşağıdır?
Təbii ki, bu
sualın cavabı başqa bir mövzudur. Amma bizim dediyimiz odur ki, adını çəkdiyimiz xidmətlərə görə ödənişlərdəki
fərq bu qədər təzadlı olduğu halda digər sahələrdə fərqlər yoxdur. Məslən, ən
ucqar yaşayış məntəqəsində yaşayan qaz, işıq və su pulunu Bakının mərkəzində
yaşayan şəxslə eyni qiymətlə ödəyir.
Ən çox
narahatlıq doğuran məqamsa ərzaq qiymətlərindəki eyniyilidir. Bu gün iri ticarət
şəbəkələrinin demək olar ki, bütün bölgələrdə filialları var. Və həmin ticarət
şəbəkələri Nəsimi rayonunda yaşayan istehlakçıya, Lerikdə və yaxud Gədəbəydə
yaşayan alıcıya eyni gözlə baxır. Yəni ölkə üzrə istehlak mallarının qiyməti
eynidir.
Digər bir fakt.
Bütün ölkə üzrə marşurut avtobuslarına qiymət
eynidi. Məsələn Ağdam sakini də marşuruta 50-60 qəpik ödəyir, Bakıda yaşayan
da.
Amma nəzərə
almırıq ki, Nəsimi və yaxud Səbel rayonunda yaşayan istehlakçının maddir durumu
Beyləqən və yaxud Qazax alıcısının maddi imkanları eyni deyil. Mərkəzdə yaşayan
insanların maddi imkanları daha üstündür.
Məhz bu təzadlar
səbəbi ilə insanlar mərkəzi şəhərlərə axın edir. Düşünür ki, madam ki, Bakıda
daha çox qazanıram, qazandıqlarımı daha yaxşı yatırım edə bilirəmsə niyə əyalətdə
daha sərfəsiz şərtlərlə yaşamalıyam ki?!
Bax, mərkəzi
şəhərlərə, xüsusilə də Bakıya axının əsl səbəbi budur. Yəni urbanizasiyanın tək
səbəbi iş yeri deyil, digər iqtisadi və maliyyə faktorlarıdır.
Ona görə də
Bakıya və mərkəzi şəhərlərə axının qarşısını almağın tək yolu bəzi iqtisadi
faktorlara yenidən baxmaqdır.
News365.az