Bəzi ərazilərdə yağış yağacaq, çaylardan sel keçəcək, daşqın olacaq - XƏBƏRDARLIQ

Bəzi ərazilərdə yağış yağacaq, çaylardan sel keçəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
16:00

İyunun 2-si səhər Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 3-ü gündüzədək hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən News365.az-a verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.


Sizin reklam burada
Sizin reklam burada