İranın bir sıra şəhərlərində etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmalar gecə boyu davam edib.
Görüntülər Telegram kanallarında yayılıb.
Məlumata görə, ölkədə rialın kəskin ucuzlaşması fonunda dekabrın sonlarından etiraz aksiyaları başlayıb. Yanvarın 2-də İranın qərbində yerləşən Həmədan şəhərində etirazçılar Quranı yandırıb, həmçinin məscidə hücum etməyə cəhd göstəriblər. Yerli KİV-lər bildirir ki, Sədəf rayonunda digər dini ədəbiyyat da yandırılıb.
Bundan əlavə, təxminən 20 nəfərlik qrupun məscidə hücumunun təhlükəsizlik qüvvələri tərəfindən qarşısı alınıb. Hadisələrlə bağlı rəsmi qurumlar geniş açıqlama verməyib.