Qaxda əməliyyat: Saxlanılan var – VİDEO

Qaxda əməliyyat: Saxlanılan var – VİDEO
11:59

Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı külli miqdarda narkotik vasitənin dövriyyəsinin qarşısı alınıb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan https://news365.az/-ya verilən məlumata görə, tədbirlərlə əvvəllər də analoji əmələ görə məhkum olunmuş 40 yaşlı Elnar Allahverdiyev saxlanılıb. Ondan 19 kiloqram marixuana və psixotrop maddə metamfetamin aşkarlanıb.

E.Allahverdiyev narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə əldə etdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.


Sizin reklam burada
Sizin reklam burada