Dünya İqtisadi Forumunun sonuncu risk hesabatında dezinformasiya dünya ölkələrinin və cəmiyyətlərinin qarşısında duran əsas təhdid kimi ön sırada göstərilir. Yaxın 3 ildə bu risk ilk TOP-3-ə daxildir.
Sosial medianın inkişafı və süni intellekt həllərinin həyatımıza daxil olması dezinformasiyanın istehsalını və yayılmasını paralel olaraq sürətləndirib.
Hazırda ciddi təhsili, analiz qabiliyyəti olmayan şəxslər Zurnalistika sahəsinə daxil olub, like, reklam və sosial tanınmaq üçün media məkanını kütləvi zibilləməklə məşğuldurlar.
Hələ belə bir Zurnalistə mükafat verib, ona diqqət ayıranda, o da güzgüyə baxıb, mükafata baxıb ciddi şəkildə jurnalist olduğunu düşünməyə başlayır. Zibilləmə sürətini artırır. Ancaq bir mükafat Zurnalisti jurnalist etmək imkanına malik deyil.
Zurnalistlər indi elə bağırırlar ki, dəqiq xəbər qalıb kənarda, ictimaiyyət onlara istinad edir. Bu çox zərərli tendensiya almaqdadır. Müstəqilliyin ilk illərində insanlar gündəlik həyatını falçının dediyi ilə qururdular, indi o falçıları bu Zurnalistlər əvəz edib.
COVİD-in vaksini tapıldı və dünya o virusdan xilas oldu, indi oturub bu dezinformasiya virusundan xilas olmaq yollarını tapmaq lazımdır.
Əsl Jurnalistlər baş tacıdır!
Aqil Məmmədov, ekspert
P.S: Bəlkə belə Zurnalistləri müəyyən etmək üçün bir standart müəyyən edək?