Molla rejimi Yezidin törətdiklərini kölgədə qoyub- Tural İrfan yazır

Molla rejimi Yezidin törətdiklərini kölgədə qoyub- Tural İrfan yazır
09:41
Güney Azərbaycanda milyonlarla soydaşımız vəhşi molla rejiminin əlində əsirdir. Təsəvvür edin, qoca bir qarı rejimin zülmünə etiraz etmişdi. Həmin videonu paylaşmışdılar. Bir müddət sonra qarıya işgəncə verib təkzib videosu çəkdiriblər...
Bir gənci öldürüblər, anasını təcridxanada təzavüzə məruz qoyublar. Buna dözməyən qadının həyat yoldaşı intihara cəhd edib. Qadın övladının məzarı üstündə türkcə elə dəhşətli ağı deyib fəğan edirdi ki, Xanım Zeynəbin İmam Hüseynin başı kəsilmiş körpələrinin üstündəki durumu yada düşürdü... Amma Yezidin bu rejimdən fərqi o idi ki, o Əhli Beytin qadınlarını zorlatmamışdı.
Bu kimi on minlərlə dəhşətli faktlar var. İran prezidenti çıxışında gecələr yata bilmədiyini ifadə etməklə sətiraltı da olsa əslində diqqəti buna yönəldirdi. Axı təhqir edilib zülm olunan onun da millətidir... Çox da açıq danışa bilmir. Dərhal İsrail agenti elan edib şərləyərək həbs edə, təxribata məruz qoya bilərlər. Bütün agentlərə göstəriş verilib, etiraz və tənqid edən hər kəsi "sionist", "İsrail agenti" adı ilə damğalayırlar. Bax, İsrail burada da İran rejiminin işinə yarayır. İsrail olmasa haranın adına yazacaqlar haqlı etirazçıları? Yeni İsrail, yeni düşmən obrazı yaratmaq üçün də uzun zaman lazımdır.
Rejim elə azğınlaşıb ki, həqiqətən İmam Mehdi zühur edərək onları bu cinayətlərə görə ittiham etsə, qəti olaraq İmam Hüseyn kimi onun da başını kəsərlər. Vəhşi molla rejiminin xalqa qarşı törətdiyi cinayətlər Yezidin törətdiklərini kölgədə qoyub artıq.
Tural İrfan, politoloq

Sizin reklam burada
Sizin reklam burada