İran rəsmiləri Xameneiyə xəbərdarlıq ediblər?

İran rəsmiləri Xameneiyə xəbərdarlıq ediblər?
11 Apr 2025 22:20

"ABŞ ilə danışıqlardan imtina İranda daxili təhdid yarada bilər".

"Azad İran" "Telegram" kanalının yaydığı məlumata görə, bu barədə "The New York Times" nəşri anonim yüksəkvəzifəli İran məmurlarına istinadən məlumat yayıb.

Qəzetin məlumatına əsasən, bəzi İran rəsmiləri ölkənin Ali lideri Əli Xameneiyə xəbərdarlıq ediblər ki, əgər o, ABŞ ilə danışıqlardan imtina edərsə, Vaşinqton Tehranın nüvə obyektlərinə hava zərbələri endirə bilər.

Məlumata görə, yüksəkvəzifəli İran məmurları rejimin dağılması ehtimalından narahatlıqlarını ifadə edərək, Xameneiyə ABŞ ilə danışıqların aparılması üçün təzyiq göstəriblər.


Sizin reklam burada
Sizin reklam burada