Bu gün İran parlamentində (İslam Şurası Məclisi) iqtisadiyyat və maliyyə naziri Abdolnaser Hemmatinin impiçmentinə dair məsələ müzakirəyə çıxarılıb.
Səsvermə zamanı 182 deputatın lehinə, 89 deputatın əleyhinə səs verməsi, 1 səsin etibarsız sayılması ilə nazirə etimadsızlıq göstərilib.
İslam Şurası Məclisində Rəşti təmsil edən Cabbar Kuçkinejad deyib ki, iqtisadiyyat naziri Abdolnaser Hemmati yenidən parlamentdə etimad səsi qazana bilməyib və vəzifəsindən uzaqlaşdırılıb.
***
saat 13.52
Bu gün İran parlamentində iqtisadiyyat və maliyyə naziri Abdolnaser Hemmatinin impiçmentinə dair məsələ müzakirəyə çıxarılacaq.
Səbəb devalvasiya, İran valyutasının məzənnəsinin rekord dərəcədə aşağı düşməsidir.
Abdolnaser Hemmati deputatların suallarını cavablandırmaq üçün iclasa qatılacaq. İran Prezidenti Məsud Pezeşkian da naziri müdafiə etmək üçün iclasda iştirak edəcək.
Məsud Pezeşkian dəfələrlə bəyan edib ki, bir nazirin əvəzlənməsi köklü dəyişikliyə gətirib çıxarmayacaq.