Türkiyədə ağır qəza: 40 nəfər yaralandı

Türkiyədə ağır qəza: 40 nəfər yaralandı
03 İyl 2026 23:40

İstanbuldan İraqa doğru hərəkət edən sərnişin avtobusu qəzaya uğrayıb, nəticədə 40 nəfər xəsarət alıb.

News365.az xəbər verir ki, hadisə Ankaranı Niğdə ilə birləşdirən magistral yolun Aksaray şəhəri yaxınlığından keçən hissəsində qeydə alınıb.

İlkin məlumatlara əsasən, sürücünün idarəetməni itirməsi nəticəsində avtobus yoldan çıxaraq aşıb. Nəticədə avtobusda olan 37 sərnişin, iki sürücü və bələdçi müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Aksaraydakı tibb müəssisələrinə yerləşdiriliblər.

Məlumata görə, xəsarət alanlar arasında uşaqlar da var.


Sizin reklam burada
Sizin reklam burada